The Telders International Law Moot Court Competition

13244214_1730153240593641_2838306266624740524_o

1977-ci ildən bəri təşkil olunan The Telders International Law Moot Court Competition Avropada ən prestijli məhkəmə müsabiqəsidir. Grotius Centre for International Legal Studies nəzdində fəaliyyət göstərən koordinatorlar tərəfindən təşkil olunur.

Hər il 40-dan çox komanda müsabiqənin milli raundlarında mübarizə aparırlar. Qalib komandalar  Faculty Campus The Hague of Leiden University and Peace Palace in The Hague keçiriləcək beynəlxalq raundlarda öz ölkələrini təmsil etmək şansı qazanırlar.

Müsabiqənin köməyi ilə tələbələr qanunun aliliyi, ədalətlilik və s. prinsipləri hüquqi praktikada tətbiq etməyi öyrənirlər. Müsabiqə həmçinin komanda ilə işləmək bacarıqlarını, Avropaya inteqrasiyanı stimullaşdırır. Hər bir komanda təqdim olunmuş müsabiqə işinə əsasən yazılı memorandumlar təqdim edir və şifahi çəkişmələrdə iştirak edirlər.

41-ci The Telders International Law Moot Court Competition Final Raundu 2018-ci il may ayında Haaqada keçiriləcəkdir.

Müsabiqə işi ilə tanış olmaq üçün keçid edin.
Müsabiqə haqqında daha ətraflı: http://teldersmoot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *