27 may 2021-ci il tarixində 2021 Xoyski Mediasiya Müsabiqəsinin Final Raundu baş tutmuşdur!

Hakimlərin qiymətləndirməsi nəticəsində Təşəbbüskar tərəfi təmsil edən komanda üzvləri Fidan Abışsoy və Leyla Nuruzadə 2021 Xoyski Mediasiya Müsabiqəsinin qalibi olmuşdur. Bununla yanaşı, Ən yaxşı oralist nominasiyası üzrə qalib Cavabverən tərəfi təmsil edən Pərviz Məmmədov olmuşdur.

Müsabiqənin ərsəyə gəlməsində yardımçı olan mediator və hakimlərə – Ruslan Mirzəyev, Natiq Məmmədov, Dilarə Həmidova, Qasım Şalıyev, Esmira Hüseynova, İlham Fərzəliyevə, həmçinin partnyorlarımıza dərin minnətdarlığımızı bildirir, Müsabiqədə iştirak edən komandalara isə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!