Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən keçirilən Əqli Mülkiyyət üzrə Məhkəmə Müsabiqəsində Bakı Dövlət Universitetini təmsil edəcək komanda üzvlərinin seçimi elan olunur! Müsabiqə haqqında ətraflı məlumat buradan əldə edilə bilər.
2024/2025-cü tədris ilində Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə II, III, IV, magistr səviyyəsi üzrə I, II kursda təhsil alan tələbələr Seçim mərhələsi üçün qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat formu
Qeydiyyat sona çatmışdır. Qeydiyyatı təsdiqlənmiş tələbələrlə yaxında əlaqə saxlanılacaqdır.