18 noyabr 2023-cü il tarixində 2023 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final mərhələsi baş tutmuşdur! Final mərhələsi ənənəvi olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində keçirilmişdir.

Final mərhələsi Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin sədrliyi, hüquqşünaslar Gülnar Qurbanova, Nazlı Əhmədova, Sənan Şirinov və Mehran Əmirlinin iştirakı ilə təşkil olunmuşdur.

Bu il 100-ə yaxın tələbə 26 komanda şəklində müsabiqədə iştirak etmiş, Seçim və Yarım-final mərhələsinin qiymətləndirməsinə əsasən ən yüksək nəticələri göstərən Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski komandaları Finalda iştirak hüququ qazanmışdır.

Finalda Ərizəçi Məmməd Əmin Rəsulzadə və Cavabverən Fətəli xan Xoyski komandaları iştirak etmiş, hakimlərin qiymətləndirməsi nəticəsində Ərizəçi komanda müsabiqənin qalibi olmuşdur.

Bundan başqa ən yaxşı ərizəçi yazılısı nominasiyası üzrə Məmməd Əmin Rəsulzadə komandası, ən yaxşı cavabverən yazılısı nominasiyası üzrə isə Fətəli xan Xoyski komandası qalib olmuşdurlar. Bununla yanaşı, ən yaxşı natiq nominasiyası üzrə qalib Fətəli xan Xoyski komandasının üzvü Tural Həsənov seçilmişdir.

Müsabiqənin təşkilinə göstərdikləri dəstəyə görə Konstitusiya Məhkəməsi rəhbərliyinə, şifahi çəkişmələrdə iştirak edən bütün hakimlərimizə, həmçinin partnyorlarımız – BHM Law Firm, Fortiori Law Firm, Omni Law Firm, Ensis Law Firm və Holcim Azərbaycan şirkətinə öz təşəkkürümüzü bildirir və qalib komandanı təbrik edirik.