2024 Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində Bakı Dövlət Universitetini təmsil edəcək komandanın seçimi baş tutacaqdır.

2023/2024-cü tədris ilində Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə II, III, IV, magistr səviyyəsi üzrə I, II kurs-da təhsil alan tələbələr Seçim mərhələsi üçün qeydiyyatdan keçə bilərlər. Universiteti Müsabiqədə təmsil edəcək komanda maksimum beş nəfərdən ibarət olmalıdır. Müsabiqə üzrə hazırlıq bir neçə ay davam edəcək. Milli raundların 2024-cü ilin fevral ayında keçirilməsi gözlənilir. Həmin raundlar Azərbaycandan Müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş təhsil müəssisələrinin komandaları arasında keçirilir. 2024-cü ilin 30 mart-6 aprel tarixlərində isə Milli raundlarda ölkəni təmsil etmək hüququ əldə etmiş komanda beynəlxalq raundlarda iştirak üçün ABŞ-nın paytaxtı Vaşinqton şəhərinə səfər edəcək.

Seçim mərhələsi yazılı və şifahi olmaqla 2 mərhələni əhatə edəcəkdir. Seçimlərdə iştirak etmək istəyən tələbələr aşağıda qeyd olunan üç mövzudan hər hansı biri haqqında yazılarını qeydiyyat formu vasitəsilə təqdim etməlidirlər (istinadlar xaric maksimum 1000 söz):

1. The scope of the United Nations Security Council’s authority in the pacific settlement of disputes;

2. Accelerated formation of customary international law;

3. Requirements for a norm of a treaty to become customary law.

Yazılı mərhələdən sonra iştirakçılarla online formatda şifahi müsahibə baş tutacaq. 19-20 avqust tarixlərində keçiriləcək müsahibə zamanı iştirakçıların hüquqi arqumentasiya, hüquqi araşdırma və ingilis dili bacarıqları qiymətləndiriləcəkdir. Habelə ümumi olaraq məhkəmə müsabiqə prosesi və beynəlxalq hüquq barədə fundamental anlayışın olması arzuolunandır. Beynəlxalq hüquqa giriş kimi hazırlanmış bu qısa materialla müsahibəyə hazırlaşa bilərsiniz. Seçim mərhələsi haqqında iştirakçılar e-poçt vasitəsilə məlumatlandırılacaqlar.

Qeydiyyatdan keçmək üçün son tarix: 17 avqust 2023-cü il, 23:59.

Qeydiyyat formu:

    Ulduz(*) ilə işarələnmiş yerlərin doldurulması vacibdir.

    1. Ad, soyad və ata adınız:*

    2. Bakı Dövlət Universiteti Hüquq fakültəsində qrup nömrəniz:*

    3. 2023/24 tədris ilində kursunuz:*

    4. E-poçt:*

    5. Telefon nömrəniz:*

    6. Məhkəmə müsabiqələrində iştirakınız olub?*

    7. İştirak etmisinizsə, qeyd edin:

    8. İngilis dili biliyiniz:*

    9. Yazılının təqdimatı (*.docx):*