Topçubaşov Məhkəmə Müsabiqəsi 2016-cı ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç mərhələdən ibarət müsabiqədir. Milli hüquqa və sırf hüquqi arqumentə əsaslanan müsabiqə 2018-ci ildən etibarən konstitusiya icraatı qaydasında həyata keçirilir.
Təqvim
25 Sentyabr 2023-cü il
Yazılıların göndərilməsi üçün son gün
16 – 17 Oktyabr 2023-cü il
Şifahi çəkişmələrdə iştirak hüququ qazanan komandaların elan olunması
28 – 29 Oktyabr 2023-cü il
Seçim Mərhələsi üzrə şifahi çəkişmələrin baş tutması
4 – 5 Noyabr 2023-cü il
Yarım-final Mərhələsi üzrə şifahi çəkişmələrin baş tutması
Müsabiqələr Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunmaqdadır. 2014-cü ildən aktiv fəaliyyətdə olan BDU Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə universitet və daha geniş miqyasda ölkədəki hüquq təhsilinin inkişafına töhfə verməyə çalışır.