Topçubaşov Məhkəmə Müsabiqəsi 2016-cı ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç mərhələdən ibarət müsabiqədir. Milli hüquqa və sırf hüquqi arqumentə əsaslanan müsabiqə 2018-ci ildən etibarən konstitusiya icraatı qaydasında həyata keçirilir.
Təqvim
9-10 noyabr 2024-cü il
Müsabiqə İşinin elan olunması
25 noyabr 2024-cü il
Müsabiqəyə Qeydiyyatın bitməsi
26 noyabr 2024-cü il
İmtina/dəyişdirilmə üçün son gün
27 noyabr 2024-cü il
Komanda səhifələrinin iştirakçı komandaların ixtiyarına verilməsi
Müsabiqələr Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunmaqdadır. 2014-cü ildən aktiv fəaliyyətdə olan BDU Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə universitet və daha geniş miqyasda ölkədəki hüquq təhsilinin inkişafına töhfə verməyə çalışır.