Press ESC to close

Bakı Dövlət Universiteti Hüquq fakültəsi

Məhkəmə Müsabiqə Cəmiyyəti

BSU Moot Court Society

Fəaliyyətimiz nədən ibarətdir?

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətində 2016-cı ildən fəaliyyət göstərən Məhkəmə Müsabiqə Cəmiyyəti nəzdində  Topçubaşov Məhkəmə Müsabiqəsi, Topçubaşov Arbitraj Müsabiqəsi və Xoyski Mediasiya Müsabiqəsini təşkil edir. Cəmiyyət, həmçinin, tələbələrin Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak üçün fakültədaxili Seçimləri həyata keçirir.

İstiqamətlər

Əsaslandırma və mübahisələndirmə hüquq peşəsinin əsas alətlərindəndir. İrəli sürülmüş hüquqi arqumentlərin məntiqilik prinsipinə uyğun olaraq əsaslandırılması, təhlili və qiymətləndirilməsini özündə ehtiva edir. Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrin məqsədləri sırasında tələbələrin hüquqi arqumentasiya bacarıqlarının inkişafına təkan vermək də vardır.

İşin faktiki halları əsasında tədqiqat sualının müəyyənləşdirilməsi və faktların müvafiq qaydada tövsif edilərək uyğun nəticənin əldə edilməsi hüquqi təhlilin əsasıdır. Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrdə ortaya qoyulan müxtəlif hüquqi problemlərin tələbələr tərəfindən həlli zamanı hüquqi təhlildən effektiv şəkildə istifadə olunur.

Müsabiqələr

Topçubaşov Məhkəmə Müsabiqəsi

Topçubaşov Məhkəmə Müsabiqəsi 2016-cı ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş,  Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç mərhələdən ibarət müsabiqədir. Azərbaycanda milli hüquqa və sırf hüquqi arqumentə əsaslanan müsabiqə 2018-ci ildən etibarən konstitusiya icraatı qaydasında həyata keçirilir.

Müsabiqənin vebsaytına keçid edə bilərsiniz.

Topçubaşov Arbitraj Müsabiqəsi

Topçubaşov Arbitraj Müsabiqəsi  2018-ci ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç Raunddan ibarət müsabiqədir. Müsabiqə ölkəmizdə beynəlxalq təcrübəyə uyğun ilk arbitraj müsabiqəsi olmaqla, azərbaycanlı hüquq tələbələrinin mübahisələrin alternativ həll üsullarından biri olan arbitrajla yaxından işləmək üçün şərait yaratmaq məqsədi daşıyır.

 Müsabiqənin səhifəsinə keçid.

Xoyski Mediasiya Müsabiqəsi

Xoyski Mediasiya Müsabiqəsi 2020-ci ildən bəri Fətəli xan Xoyksinin xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç raunddan ibarət müsabiqədir. Müsabiqənin məqsədi ölkəmizdə mediasiya ənənələrinin formalaşmasına və tələbələrin bu sahədə inkişafına təkan verməkdir.

Müsabiqənin səhifəsinə keçid.

Xəbərlər

Online arbitraj

GirişI. Onlayn arbitraj prosesiII. MəcburilikIII. Üstünlüklər və mənfi cəhətlərNəticə  GİRİŞ Mübahisələrin onlayn həlli (Online Dispute Resolution – ODR) elektron rabitə və digər informasiya və kommunikasiya

Xəbərə bax »

Arbitraj, yoxsa Mediasiya?

GirişI. ArbitrajII. MediasiyaIII. Arbitraj yoxsa Mediasiya?Nəticə GİRİŞ Müasir dünyada beynəlxalq kommersiya münasibətlərində yaranan mübahisələrin həllini arbitrajdan kənarda təsəvvür etmək çətindir. Hüquq mübahisələrini həll etmək üçün

Xəbərə bax »

Arbitraj qərarı

GirişI. Arbitraj qərarlarının forması və məzmunuII. Arbitraj qərarlarına düzəliş, şərh və əlavə arbitraj qərarıIII. Arbitraj qərarlarının ləğviIV. Azərbaycan təcrübəsində arbitraj qərarı Giriş Məqsədi kommersiya və digər fəaliyyət

Xəbərə bax »

Arbitraj qərarının məcburiliyi

GirişI. Arbitraj qərarlarının forması və məzmunuII. Arbitraj qərarlarına düzəliş, şərh və əlavə arbitraj qərarıIII. Arbitraj qərarlarının ləğviIV. Azərbaycan tərübəsində arbitraj qərarı Giriş Arbitr işə mahiyyəti üzrə baxdıqdan

Xəbərə bax »

Arbitraj dünyanı necə dəyişdi?

GirişI. Arbitrajın tarixiII. Arbitraj dünyanı necə dəyişdi? Giriş İnsanlar birlikdə yaşamağa və mübadilə etməyə başladıqlarından bəri mühakimənin müxtəlif formaları inkişaf etmişdir. Cəmiyyətdəki münasibətlərin nizamlanması üçün mübahisələrin xüsusi həlli

Xəbərə bax »

Arbitraj Prosesləri

I. GirişII. Prosesin başlanmasıIII. MemorandumIV. SübutlarV. Arbitraj iclasıVI. İclasdan sonrakı məsələlər I. Giriş Mübahisəyə arbitrajda baxılmasının ən vacib mərhələlərindən biri arbitraj proseslərinin tənzimlənməsi və həyata keçirilməsidir. Qeyd etmək lazımdır ki,

Xəbərə bax »

Müsabiqələr Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunmaqdadır. 2014-cü ildən aktiv fəaliyyətdə olan BDU Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə universitet və daha geniş miqyasda ölkədəki hüquq təhsilinin inkişafına töhfə verməyə çalışır.