25 dekabr 2022-ci il tarixində 2022 Topçubaşov Arbitraj Müsabiqəsinin Final Raundu baş tutmuşdur!
Finalda İddiaçı Fətəli xan Xoyski və Cavabdeh Məmməd Əmin Rəsulzadə komandaları iştirak etmişdirlər. Arbitrların qiymətləndirməsi nəticəsində Cavabdeh Məmməd Əmin Rəsulzadə komandası Müsabiqənin qalibi olmuşdur.
Final çəkişməsindən sonra müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılmışdır. Ən yaxşı iddiaçı və cavabdeh memorandumu nominasiyası üzrə Məmməd Əmin Rəsulzadə komandası qalib olmuşdur. Bununla yanaşı, ən yaxşı oralist nominasiyası üzrə qalib Fətəli xan Xoyski komandasının üzvü Səbinə Zülfiyeva seçilmişdir.
Müsabiqənin təşkilinə göstərdikləri dəstəyə görə partnyorlarımız – Altay Mustafayev Law & Tax, BHM Law Firm, Ensis Hüquq Şirkəti, Bona Mente Consulting, Apex Advisors şirkətlərinə, həmçinin çəkişmələrdə iştirak edən bütün arbitrlarımıza öz təşəkkürümüzü bildirir və qalib komandanı təbrik edirik!