Press ESC to close

Bakı Dövlət Universiteti Hüquq fakültəsi

Məhkəmə Müsabiqə Cəmiyyəti

BSU Moot Court Society

Fəaliyyətimiz nədən ibarətdir?

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətində 2016-cı ildən fəaliyyət göstərən Məhkəmə Müsabiqə Cəmiyyəti nəzdində  Topçubaşov Məhkəmə Müsabiqəsi, Topçubaşov Arbitraj Müsabiqəsi və Xoyski Mediasiya Müsabiqəsini təşkil edir. Cəmiyyət, həmçinin, tələbələrin Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak üçün fakültədaxili Seçimləri həyata keçirir.

İstiqamətlər

Əsaslandırma və mübahisələndirmə hüquq peşəsinin əsas alətlərindəndir. İrəli sürülmüş hüquqi arqumentlərin məntiqilik prinsipinə uyğun olaraq əsaslandırılması, təhlili və qiymətləndirilməsini özündə ehtiva edir. Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrin məqsədləri sırasında tələbələrin hüquqi arqumentasiya bacarıqlarının inkişafına təkan vermək də vardır.

İşin faktiki halları əsasında tədqiqat sualının müəyyənləşdirilməsi və faktların müvafiq qaydada tövsif edilərək uyğun nəticənin əldə edilməsi hüquqi təhlilin əsasıdır. Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilən müsabiqələrdə ortaya qoyulan müxtəlif hüquqi problemlərin tələbələr tərəfindən həlli zamanı hüquqi təhlildən effektiv şəkildə istifadə olunur.

Müsabiqələr

Topçubaşov Məhkəmə Müsabiqəsi

Topçubaşov Məhkəmə Müsabiqəsi 2016-cı ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş,  Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç mərhələdən ibarət müsabiqədir. Azərbaycanda milli hüquqa və sırf hüquqi arqumentə əsaslanan müsabiqə 2018-ci ildən etibarən konstitusiya icraatı qaydasında həyata keçirilir.

Müsabiqənin vebsaytına keçid edə bilərsiniz.

Topçubaşov Arbitraj Müsabiqəsi

Topçubaşov Arbitraj Müsabiqəsi  2018-ci ildən bəri Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç Raunddan ibarət müsabiqədir. Müsabiqə ölkəmizdə beynəlxalq təcrübəyə uyğun ilk arbitraj müsabiqəsi olmaqla, azərbaycanlı hüquq tələbələrinin mübahisələrin alternativ həll üsullarından biri olan arbitrajla yaxından işləmək üçün şərait yaratmaq məqsədi daşıyır.

 Müsabiqənin səhifəsinə keçid.

Xoyski Mediasiya Müsabiqəsi

Xoyski Mediasiya Müsabiqəsi 2020-ci ildən bəri Fətəli xan Xoyksinin xatirəsinə həsr olunmuş, Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan üç raunddan ibarət müsabiqədir. Müsabiqənin məqsədi ölkəmizdə mediasiya ənənələrinin formalaşmasına və tələbələrin bu sahədə inkişafına təkan verməkdir.

Müsabiqənin səhifəsinə keçid.

Xəbərlər

İxtisaslaşdırılmış arbitrajlar

GirişI. İxtisaslaşdırılmış arbitraj nədir?II. İxtisaslaşdırılmış arbitrajın müsbət və mənfi cəhətləriNəticə GİRİŞ Hüquq ədəbiyyatında mübahisələrin həll edilməsinin ən səmərəli üsullarından biri olan arbitrajın müxtəlif növləri göstərilir.

Xəbərə bax »

Müsabiqələr Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunmaqdadır. 2014-cü ildən aktiv fəaliyyətdə olan BDU Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə universitet və daha geniş miqyasda ölkədəki hüquq təhsilinin inkişafına töhfə verməyə çalışır.